Əlaqə Arxiv
news Image
2015.07.03
08:00
| A A A
Avro manatdan ucuz olacaq
Dollar qarşısında dəyər itirən Avropanın vahid valyutası digər ölkələrin pulları qarşısında da sürətlə dəyər itirir

Avropa iqtisadiyyatında cərəyan edən hadisələr dünyanın ən işlək ikinci valyutası hesab olunan avronun məzənnəsinə getdikcə daha çox təsir göstərir. Xüsusən də Yunanıstanda baş verənlər fonunda investorların avroya inamının aşağı düşməsi müşahidə olunur. İndi əsas proqnozlar ondan ibarətdir ki, avro dollar qarşısında artıq daah böyük həddə dəyərdən düşəcək.

ABŞ-ın "Goldman Sachs" bankının analitikləri avronun ucuzlşaraq 1 dollardan da aşağı düşəcəyini proqnozlaşdırır. Bankın analitiklərinin apardıqları qiymətləndirmədə deyilir: "Avronun Yunanıstanda referendum keçiriləcəyi xəbərləri ilə bu həftə yüksəlməsi bizim üçün bir məna ifadə etmir. Biz Yunanıstan məsələsində artan gərginlik, Avropa Mərkəzi Bankının monetar genişlənməni (istiqraz alışı yolu ilə dövriyyəyə avro buraxılır) sürətləndirməsini avro-dollar məzənnəsinin 1-ə doğru getməsi üçün bir katalizator olaraq görməyə davam edirik". "Goldman Sachs" indiki gedişlə avronun 1 illik zaman ərzində 0,95 dollar səviyyəsinə geriləyəcəyini gözlədiklərini də bildirib.

Beləliklə, avronun məzənnəsinin dollara nisbətən kəskin aşağı düşməsi sürətlənəcək. hesab olunur ki, baş verənlər avronun manat qarşısında da dəyər itirməsini sürətləndirəəck. Məsələ bunaddır ki, manatın məzənnəsinin müəyyən olunmasında Azərbaycan Mərkəzi Bankı bivalyuta səbətinə keçib. Bu da o deməkdir ki, dollar qarşısında zəifləyən avro manat qarşısında da dəyər itirəəck. Aydındır ki, bu gedişlə avro manatandan ucuz olacaq.

Ümumiyyətlə, manatın son günlərdəki rəsmi məzənnəsi göstərir ki, Mərkəzi Bank valyuta səbətində avronun payını artırıb. Praktik olaraq, dollar avroya nisbətən möhkəmlənən zaman manata nisbətən də güclənir. Və ya əksinə: dollar ilə müqayisədə dəyər itirən avro manat qarşısında da zəifləyir. Bu isə Mərkəzi Bankın çevik valyuta siyasətinə keçərək valyuta səbətində milli valyutamızın gələcək məzənnəsinə təsir edəcək dəyişiklik etdiyindən xəbər verir. Belə vəziyyət həm də ondan xəbər verir ki, avrozonada milli valyuta möhkəmlənəcəksə o zaman manat da dollara nisbətən dəyər qazanacaq. Avronun dollara nisbətən zəifləməsi isə manatın da yumşalmasına səbəb olacaq.

Digər tərəfdən belə görsənir ki, neftin dünya bazar qiymətinə və eləcə də ticarət üzrə əsas tərəfdaş ölkələrdəki milli valyutalardakı məzənnə dəyişikliyinə uyğun olaraq manatın kursu müəyyənləşəcək. Onu da qeyd edək ki, strateji baxımdan isə, manatın məzənnəsi ölkəyə daxil olan valyuta kütləsindən asılıdır. Neftin dünya bazar qiymətinin hər barel üçün 80 dolları örtəcəyi və həmin intervalda stabilləşəcəyi halda manat rahat nəfəs ala biləcək. Bu halda artıq manatın dollara məzənnəsinin bərabərləşməsi mümkün olacaq. Praktik olaraq milli valyutamız ilə dolların kursunun bərabərləşməsi həm valyuta stabilliyi baxımdan, həm də qeyri-neft sektorunun ixrac potensialını qorumaq baxımdan mümkündür.

Hələlik isə avronun məzənnəsinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına da təsir göstərəəjk. Xatırladlaqk i, valyuta ehtiyatlarının bir qismi avro ilə saxlanılır. Avro ilə saxlanılan ehtiyatların dollarla ifadəsində dəyər azalması müşahidə edilir. Eyni zamanda, avronun ucuzlaşması Azərbaycana gətirilən malların dollar və manat ifadəsində dəyərinin azalmasına və Avropa ölkələrindən idxalın həcminin artmasına səbəb olacaq. Hesab edilir ki, avro ilə saxlanılan dövlət rezervlərinin dəyərinin azalmasının qarşısını almaq üçün mərhələli olaraq, rezervlərin avrodan qızıla keçirilməsi baş versin. Ekspertlərin fikrincə, avronun ucuzlaşmasının müsbət təsiri yalnız ondan ibarətdir ki, Avropa malları ucuzlaşa bilər. Söhbət burada avtomobillərdən, məişət və ofis texnikasından, geyimlərdən və sair idxal mallarından gedir. Digər tərəfdən bu valyutanın ucuzlaşması Avropada daşınmaz əmlak bazarının cəlbediciliyini artıracaq. Lakin avronun dəyərdən düşməsi eyri-neft sektorunun Avropaya ixracına müəyyən problemlər də yaradır.

Sizin Reklam Yeriniz