Əlaqə Arxiv
news Image
2015.07.03
10:50
| A A A
"Qazprombank" Azərbaycanda kimya zavodlarının inşasını nə vaxt maliyyələşdirəcək?

Rusiya "Qazprombank"ı Sumqayıt Kimya-Sənaye Parkında "SOCAR-Polymer" layihəsi çərçivəsində polipropilen və yüksək sıxlıqlı polietilen istehsalı üzrə zavodların inşasının maliyyələşdirilməsinə yaxın aylarda başlayacaq.


Movqe.az xəbər verir ki, bunu Trend-ə "SOCAR Polymer" layihəsinin yüksəkvəzifəli nümayəndəsi deyib.


Onun sözlərinə görə, maliyyələşdirmə hələ başlamayıb: "Kredit bir neçə tranşa bölünüb və onlardan birincisinin bir ay-bir ay yarım sonra təqdim ediləcəyi gözlənilir".


Nümayəndə birinci tranşın həcmini açıqlamayıb.


Qeyd edək ki, iyunun 19-da Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində SOCAR və "Qazprombank" arasında Azərbaycanda polipropilen və yüksək sıxlıqlı polietilen istehsal edəcək iki qurğudan ibarət zavodun inşa edilməsini nəzərdə tutan "SOCAR-Polymer" layihəsi üzrə maliyyələşmənin həyata keçirilməsi haqqında saziş imzalanıb. Sazişi SOCAR prezidenti R.Abdullayev və "Qazprombank" İdarə Heyətinin sədri A.Akimov imzalayıblar.


"Qazprombank"ın İnvestisiya Komitəsi "SOCAR-Polymer" layihəsi üçün 10 illik müddətə 489 milyon ABŞ dolları həcmində kredit ayrılmasını təqdir edib.

Sizin Reklam Yeriniz