Azərbaycanın avtonəqliyyat vasitələrinin sığorta bazarı daralır
Bunun əsas səbəbi bank kreditləşməsinin zəifləməsidir
Azərbaycanda 2013-cü illə müqayisədə 2014-cü ildə və bu ilin yanvar-may aylarında avtonəqliyyat vasitələrinin kasko və icbari sığortasında azalma müşahidə edilib. Movqe.az "Report"-a istinadən xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev deyib.
E.Quliyevin sözlərinə görə, bu sığorta növlərinin sayının azalmasının bir neçə səbəbi var: "İlk növbədə, bu ilin əvvəlində manat devalvasiyaya uğrayıb və bu da bank kreditlərinin azalmasına səbəb olub. Sığorta sahəsi isə kreditlərdən asılı olduğu üçün, sayda azalma baş verib".
"Digər tərəfdən ekoloji problemlərin həlli üçün Azərbaycana avtomobil idxalında "Avro-4" standartının tətbiqi də sığorta bazarına təsir edib", - deyə İSB rəhbəri bildirib.