Odessadan Bakıya aviareys açılıb
Aviareys sentyabrın 3-dək həftədə bir dəfə həyata keçiriləcək
"Ukrayna Beynəlxalq Hava Yolları" (UIA) aviaşirkəti Odessadan Bakıya birbaşa mövsümü uçuşlara başlayıb. Movqe.az xəbər verir ki, Aviaşirkətdən "Report"a verilən məlumata görə, reyslər mövsümi xarakter daşıyır və sentyabrın 3-nə qədər həftədə bir dəfə həyata keçiriləcək.
İkitərəfli reysə aviabiletin qiyməti 310 manatdan başlayır. Uçuşlar "Boeing 737" təyyarəsi ilə gerçəkləşdirilir.
Qeyd edək ki, Odessadan mövsümi reyslər Bakı ilə yanaşı İstanbul, Tel-Əviv və Yerevana açılıb.