Əlaqə Arxiv
news Image
2015.07.08
11:40
| A A A
BRİCS ölkələri vahid valyuta fondu yaradır

BRİCS ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) mərkəzi bankları müştərək valyuta ehtiyatları yaratmaq barədə razılaşma imzalayıblar. Movqe.az "Report"-a istinadən xəbər verir ki, razılaşma dünən Moskvada, üzv ölkələrin mərkəzi banklarının məsul şəxsləri tərəfindən imzalanıb.

Sənədə əsasən, 100 mlrd. dollar məcmu kapitala sahib olan BRİCS-in Valyuta Ehtiyatları Fondu, üzv ölkələrin hər hansı birində vəsaitə ehtiyacı olduğunda maliyyə sabitliyini qorumaq məqsədilə qurulub. Müştərək fonda Çin 41 mlrd., Braziliya, Rusiya, Hindistanın hər biri 18 mlrd., Cənubi Afrika Respublikası isə 5 mlrd. dollar ayırıb.

Xatırladaq ki, bununla bağlı ilkin qərar 2014-cü il iyulun 15-də Braziliyada keçirilən sammitdə qəbul edilib.

Sizin Reklam Yeriniz