Əlaqə Arxiv
news Image
2015.07.09
10:00
| A A A
Manat avrodan sonra dollar qarşısında da bahalaşır
Cari il ərzində manatın ABŞ və Avropa pullarına nisbətdə daha çox dəyər qazanacağı gözlənilir

Cari ilin fevralında manatın devalvasiyasından sonra ölkədə xarici valyutalara, xüsusən də ABŞ dollarına göstərilən maraq tədricən səngiməyə başlayıb. Bunu bank əmanətlərində dolların çəkisinin tədricən sabitləşməsi də təsdiq edir. Artıq əhali banklaar əvvəlki kimi dollarl aəmanət yatrımır. Enyi zamanda manat əmanətlərinin dollara çevrilməsi prosesi də demək olar ki, sona çatıb. Əvəzində manata marağın artması müşahidə olunur.

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, əvvəlki aylardan fərqli olaraq jari ilin may ayında Azərbaycan əhalisinin banklarda xarici valyuta ilə yerləşdirdiyi əmanətlərdə artım olmayıb. Belə ki, may ayının yekununa görə, xarici valyuta ilə əmanətlər 5 milyard 428,5 milyon manat təşkil edib. Bu da aprel ayının yekunu ilə müqayisədə 0,8% azdır. Mayda milli valyuta ilə əmanətlər də azalıb, bu azalma 3,2% təşkil edib. Belə ki, manatla yerləşdirilmiş əmanətlər aprelin sonunda 2 milyard 245,1 milyon manat olduğu halda, mayın sonunda bu rəqəm 2 milyard 172,6 milyon manata düşüb. May ayında əmanətlərdəki "dollarlaşma" nisbəti də ciddi dəyişməyib. Apreldə bu nisbət 70,9% olduğu halda, mayda 71,4% olub. Yəni, "dollarlaşma" nisbəti cəmi 0,5% artıb. Gözlənir ki, jari ilin iyun və iyul aylarıdan etibarən əmanətlərdəki "dollarlaşma" nisbəti daha aşağı düşsün və manatın xeyrinə dəyişsin. Bunu şərtləndirnə səbəblərdən biri də manatla nağd pul kütləsinin azalmasıdır.

Cari il iyunun 1-nə olan məlumata əsasən, pul bazası 7 milyard 487 milyon manat təşkil edib. Bu, mayın 1-i ilə müqayisədə 110,3 milyon manat və ya 1,5% azdır. Ötən ilin sonunda pul bazası 11 milyard 541.9 milyon manata bərabər idi. Bu ilin ilk 5 ayında pul bazası 4 milyard 55 milyon manat azalıb. Qeyd edək ki, pul bazasının azalması manatın dövriyyədə azalması ilə əlaqədardır. Mərkəzi Bank manatı alaraq dövriyyəyə dollar buraxıb. Xatırladaq ki, pul bazası dedikdə, pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları daxildir. Ekspertlər nağd pulun azalmasının manatın kursunu daha da möhkəmləndirəcəyi qənaətindədir. Ümumən götürdükdə, nağd pulun azalması ötən ilin iyulundan müşahidə edilir. Həmin ay bu göstərici 11,1 milyard manat olduğu halda, bu gün 7 milyard 487 milyon manat qədər azalıb. Dövriyyədəki pul kütləsinin müəyyən həddə saxlanma tendensiyasının isə hələ bir müddət davam edəcəyi gözlənilir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov qeyd edir ki, Mərkəzi Bank dövriyyəyə manatla çox pulun buraxılmasında maraqlı deyil: "Çünki tədavülə manatla çox pul buraxmaq dollara yenidən tələbat yaradır. Bu isə təbii olaraq Mərkəzi Banka əlavə intervensiya xərcləri yaradır. Yəni Mərkəzi Bank dollara olan təlabatı qarşılamaq üçün öz ehtiyatlarından bazara əlavə dollar buraxmalıdır ki, bu da ehtiyat valyutanın əriməsinə səbəb olur". Yanamış durum manata olan tələbin artman xətt üzrə inkiaşf etməsinə səbəb olacaq ki, bu da onun avro yox, dollar qarşısında da möhkəmlənməsinə gətirib çıxaracaq. Xatırladaq ki, Yunanıstanda baş verən məlum hadisələr fonunda manat avroya nisbətən möhkəmlənir. Eyni prosesin tezliklə dollara nisbətən də başlayacağı tamamilə gözləniləndir. Ümumiyyətlə, milli valyutamızın yaxın aylarda məzənnəsi daha çox dünya valyuta bazarında baş verənlərdən asılı olacaq. Manatın son günlərdəki rəsmi məzənnəsi göstərir ki, Mərkəzi Bank valyuta səbətində avronun payını artırıb. Praktik olaraq, dollar avroya nisbətən möhkəmlənən zaman manata nisbətən də güclənir. Və ya əksinə: dollar ilə müqayisədə dəyər itirən avro manat qarşısında da zəifləyir. Bu isə o deməkdir ki, manatın növbəti mərhələdə məzənnəsi həmçinin Avropa pulunun durumundan asılı olacaq. Eyni zamanda, manatın kəskin möhkəmlənməsi nəinki valyuta va dünya neft bazarındakı mövcud vəziyyət, hətta iqtisadi hədəflər baxımdan da məqbul hesab edilmir. Çünki möhkəm milli valyuta hər zaman qeyri-enerji ixracatını tormuzlayır. Bu baxımdan, Mərkəzi Bank hətta xarici faktorlar arzuolunan olduğu halda belə kəskin məzənnə möhkəmlənməsinə gedəcəyi gözlənilmir. Amma manatın istənilən halda avro və dollara nisbətən möhkəmlənəməsi qaçılmaz sayılır.

Sizin Reklam Yeriniz