Bildiyiniz kimi dünya iqtisadi bazarlarında bir sıra qlobal səviyyədə dəyişikliklərin şahidi oluruq. Bu dəyişikləri həm monetar sahədə, həm kapital bazarı sahəsində və həmçinin bu bazarlarla oxşarlıq təşkil edən Neft-qaz bazarlarında şahidi ola bilərik. Neftin qiymətinin 8% enməsi və həftənin ilk günü üçün 53 dollar, ikinci günü üçün 52.53 olması (Crude oil) Fevral ayın bu yana ən aşağı indiqatoru bizə göstərdi.
Neftin qiymətində oyannmalar son zamanlar baş verən Yunanıstan böhranı və İran Amerika razılaşmasının nəticələridir. Etiraf edək ki, Amerika və İrandan əlavə heç bir neft ixracatçısı olan ölkələrə bu anlaşma və razılaşma heç cürə sərf etmir. Təbii, demokratiya, islahatcıl və yenidən islahata dözümlü ölkələr üçün bu qərarın heç bir təsiri olmayacaqdır. Hətta Amerikada sürücülər belə Amerika İran arasındakı danışıqların müsbət yekunlaşağıa ümid edirlər. Ona görə yox ki, onlar Amerikanın xarici siyasətində və ya İranla münasibətlərin istiləşməyində maraqlıdırlar. Səbəb, Amerikadakı adam başına düşən bir qallonun qiymətidir. Araşdırmalar və hesabatlar göstərir ki, Amerika Birləşmiş Ştatlarında 3 litr benzin - 2.77 Dollardır və proqnozlara əsasən anlaşma imzalanarsa məbləğ 2 dollara qədər düşəcəyi gözlənilir.
Bu gün bütün dünyanın, xüsusilə neft ixracatçısı ölkələrinin diqqəti dünyanın 4-cü ən böyük neft ehtiyatına malik İranın üzərindədir. Müsbət olacağı daha çox proqnozlaşdırılan və Nüvə danışıqlarının böyük bir hissəsinin həllini tapdığı müstəsnada İran üzərindən sanksiyalar götürüləcək və adı çəkilən ölkənin neft ixracatı avtomatik qalxacaqdır. Bununlada dünya neft inqilabı və rəqabət qabiliyyətliyi daha qabarıq formada görsənəcəkdir.
Müəyyən qədər suallar gəzirdi ki, nəyə görə birinci gün neftin qiyməti edi və 52.53 dollar oldu və buda Aprel bu yana ən aşağı göstəricisidir. neftin qiymətlərinin təsirindən hətta OPEC Amerika neft sift yataqlarını məhv edə bilməyib. Keçən həftə Birləşmiş ştatların fəal qazma qurğuları dekabrdan buyana daha bir dəfə artmışdır. Göründüyü kimi Neft qiymətinin düşməsində Amerika bilavasitə rolu vardır.
Neft-Qaz bazarı - digər maliyyə bazarı kimidir. Yunanların Avro zonadan qərarlarına yox deməsi və Avropanın qurtuluş təklifinin rədd edilməsi Yunanların qorxulu iqtisadi gələcək gözlədiyini demək olar. Neft qiymətinə isə Yunan böhranın təsiri dolayıdır və əsas təsir monetardır. Yunanıstan dünya neftinin 0.3% istifadəçisidir.
Təbii ki, İran faktorunun rolu Yunanıstandan daha çoxdur. Nəzərə alsaq ki, İranın 158 milyardlıq neft ehtiyatı var, sankisyalar imkan vermir ki, İran artıq dünya bazarına daxil olsun.
Sankisyaların qaldırılması İranın dünya bazarlarına hər gün üçün 1 milyon barel ixracata malikdir. Nəzərə alsaq ki, bir sıra neft ixracatçısı ölkələri nisbətdə daha çoxdur. Tədqiqatlar göstərir ki, ixracat bu temple davam edərsə, qarşıdakı aylar üçün neftinin qiymətinin ən yüksək 40 dollar olacağını göstərir. Heç şübhəsiz 158 milyardlıq ehtiyata malik İranın ixracatı daha çox qaldıracağı şübhə doğurmur. Təbii ki, bütün bunlar ən iri neft ixracatçısı ölkərinin plan və siyasətlərinə ziddir.
Yazılan müsbət fikirlər o demək deyil ki, İran bazara daxil olacağı mütləqdir. Nəzərə alsaq ki, 1980-ci illərdən İranla Amerika arasında daimi razılıq əldə olunmur. Amerika rəsmilərinin sözlərindən belə hiss olunur ki, İran qərbin nəzərlərinə əsasən balaca bir səhv edərsə və təbii ki, buda neftin qiymətinin yenidən qabarmasına təsir edəcək. Qeyd edim ki, İranla həmsərhəd olan Səudiyyə Ərəbistanı İranı terora dəstək verməkdə ittiham edir. Ümumiyyətlə İran və Amerika birləşməsini ən çox istəsəməyən Rusiya və İzraildir. Proseslər göstərir ki, heç bir təsir bu anlaşmaya kölgə sala bilməyəcək.