Əlaqə Arxiv
news Image
2015.07.08
19:50
| A A A
"Ermənistan Elektrik Şəbəkəsi" cərimələnib

Abqar Budaqyan: "Elektrik şəbəkəsindən bunu maliyyə vəziyyətinin ağırlığı ilə əlaqələndirdilər

Ermənistanın İctimai Xidmətin Tənzimlənməsi üzrə Komissiyası "Ermənistan Elektrik Şəbəkəsi"ni 126 min dollar (60 milyon dram) məbləğındə cərimələyib.

Movqe.az-ın "Report"-a istinadən xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Şirkət şəbəkəyə birləşmə şərtlərini pozduğu və öncədən ödəniş tələb etdiyi üçün cərimələnib.

Komissiyanın Monitorinq İdarəsinin rəisi Abqar Budaqyan məsələ ilə bağlı bildirib ki, elektrik şəbəkəsindən bunu maliyyə vəziyyətinin ağırlığı ilə əlaqələndirdilər: "Ancaq bu qanun qarşısında məsuliyyəti azaltmır".

Sizin Reklam Yeriniz