Əlaqə Arxiv
news Image
2015.07.09
00:00
| A A A
Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında hava əlaqəsi haqqında saziş imzalanıb
İmzalanma mərasimi Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutub

Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında hava əlaqəsi haqqında saziş imzalanıb.

Movqe.az-ın "Azərtac" agentliyinə istinadən verdiyi xəbərə görə, imzalanma mərasimi Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutub.

Sazişi Azərbaycan hökuməti adından səfir Rasim Rzayev, Səudiyyə Ərəbistanı hökuməti adından Baş Mülki Aviasiya Administrasiyasının vitse-prezidenti Feysəl Həməd Əl-Suğeyr imzalayıblar.

İmzalanma mərasimində Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası direktorunun müavini Hacıağa Hacıyev və Səudiyyə Ərəbistanı Baş Mülki Aviasiya Administrasiyasının nümayəndələri iştirak ediblər.

Sizin Reklam Yeriniz