Əlaqə Arxiv
news Image
2015.07.09
11:02
| A A A
Dolların qiyməti yenidən dəyişdi
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.Movqe.az-ın Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nəzərən bahalaşıb. Avropanın vahid valyutası 1,1539-dan 1,1615-ə yüksəlib. 

ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi isə ucuzlaşıb. Ötən gün 1,0492 AZN-ə bərabər olan dollar azalaraq 1,0488 manata qədər düşüb. 

Rus rublunun məzənnəsində də ucuzlaşma qeydə alınıb. Rubl 0.0185-dən 0.0182-ə kimi azalıb. 

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
Sizin Reklam Yeriniz