Əlaqə Arxiv
news Image
2015.07.10
11:00
| A A A
Neftin bahalaşması davam edir

Brent" markalı neftin qiyməti 1,24% yaxud 0,72 dollar irəliləyərək 58,55 dollar/barel olub

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,21 dollar və ya 0,40% bahalaşaraq 52,78 dollar təşkil edib.

Movqe.az-ın "Report"-a istinadən məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də müsbət dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 1,24% yaxud 0,72 dollar irəliləyərək 58,55 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 60 dollar/barel olacağı gözlənilir.

Sizin Reklam Yeriniz