Əlaqə Arxiv
news Image
2015.07.10
14:00
| A A A
Azərbaycanda gömrük rüsumlarının toplanması kəskin azalıb
Bununla yanaşı, ƏDV üzrə daxilolmaların həcmi 40% artıb

Bu ilin iyun ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcəyə 140,262 mln. manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2014-cü ilin müvafiq ayı ilə müqayisədə 3,65% çoxdur.

Movqe.az-ın DGK-ya istinadən verdiyi məlumata görə, ümumilikdə cari ilin yanvar-iyun ayları ərzində gömrük orqanlarının xətti ilə cəmi büdcə daxilolmaları illik müqayisədə 4,44% artaraq 765,337 mln. manatdan çox olub.

Hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,03% azalaraq 39,361 mln. manat olub. 

Həmçinin bildirilir ki, iyun ayında ƏDV üzrə daxilolmaların həcmi 92,729 mln. manat, aksizlər 6,371 mln. manat, yol vergisi üzrə daxilolmalar isə 1,8 mln. manat təşkil edib. Beləliklə, müvafiq olaraq hər bir göstərici üzrə ötən ilin eyni dövrü ilə müqayisədə 40,37%, 47,22% və 27,25% artım qeydə alınıb.

Sizin Reklam Yeriniz