Əlaqə Arxiv
news Image
2015.07.11
17:00
| A A A
Bir ayda əldə olunan fərdi məlumatlar üzrə elektron arayışların sayı 9 mini ötüb
Bu sənəd “Elektron hökumət” portalı tərəfindən e-imza ilə imzalanır

Bir ayda "Elektron hökumət" portalı üzərindən əldə olunan fərdi məlumatlar üzrə e-arayışların sayı 9 mini ötüb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Movqe.az-a verilən məlumata görə, "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidməti iyun ayında "Elektron hökumət" portalı üzərindən ən çox istifadə olunan 20 elektron xidmətdən biri olub.

Ötən ay sözügedən xidmətə 9201 dəfə müraciət edilib. Hazırda ölkədə fəaliyyət göstərən bir sıra banklar bu elektron arayış əsasında kredit verirlər.

Qeyd edək ki, elektron arayış dövlət qurumlarının elektron informasiya ehtiyatları əsasında formalaşan elektron sənəddir, bu sənəd "Elektron hökumət" portalı tərəfindən e-imza ilə imzalanır.

Sizin Reklam Yeriniz