Əlaqə Arxiv
news Image
2015.07.13
13:30
| A A A
Azərbaycanın 2 şəhərinin Baş planı təsdiqləndi

Hacıqabul və Neftçala şəhərlərinin Baş planları təsdiq edilib. Movqe.az-ın Trend-ə istinadən məlumatına əsasən, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytında dərc olunan xəbərdə deyilir.


Məlumata əsasən, Hacıqabul və Neftçala şəhərlərinin Baş planları "Azıx" MMC şirkəti tərəfindən hazılanıb. Planlar şəhərlərin icra hakimiyyətlərinin başçısı tərəfindən təsdiq olunub.


Həmçinin qeyd edilib ki, iyulun 16-da isə Naftalan şəhəri İcra Hakimiyyətinin binasında şəhərin Baş planı ilə əlaqədar ictimai dinləmələr keçiriləcək.


Naftalan şəhərinin Baş planı "Renesans Studio" MMC şirkəti tərəfindən hazırlanır.

Sizin Reklam Yeriniz