"Üzərimizə düşən əsas vəzifələrdən biri Cənub Qaz Dəhlizi kəmərinin genişləndirilməsidir. Bütün layihələri 2019-cu ildə başa çatdırmalıyıq". Movqe.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev jurnalistlərə açıqlamasında bildirib.
N.Əliyevin sözlərinə görə, Azərbaycan tərəfi artıq işlərin 50%-ni görüb: "Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsini də nəzarətdə saxlayırıq. Tez-tez İstanbul və Ankarada müşavirələr keçiririk. Tərəfdaşlarımız bizi aparılan işlər barəsində məlumatlandırırlar. Orada da qrafik üzrə gecikmə yoxdur".
Trans-Adriatik Qaz Kəmərinin (TAP) inşaat işləri ilə bağlı danışan N.Əliyev bu kəmərin tikintisinə gələn ildən başlanacağını açıqlayıb: "Düşünürəm ki, burada bizim üçün heç bir problem yaranmayacaq".