Əlaqə Arxiv
news Image
2015.07.15
18:00
| A A A
SOCAR-ın alternativ ixrac marşrutları var
Elşad Nəsirov: "Azərbaycandan nefti Supsaya başqa yollarla da çatdıra bilərik

"Hesab edirəm ki, Bakı-Supsa neft kəmərinin marşrutu dəyişdirilməsə belə, bu, kəmər üçün hansısa problem yaratmayacaq". Movqe.az "Report"-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) investisiyalar və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov Bakıda keçirilən IX Yay Enerji Məktəbinin iştirakçılarının suallarını cavablandırarkən deyib.

E.Nəsirovun sözlərinə görə, Azərbaycanın həmin nefti digər yollarla Supsa limanına çatdırmaq imkanları mövcuddur: "Düşünürəm ki, Bakı-Supsa kəmərinin Cənubi Osetiya ərazisindən keçən bir neçə km-lik hissəsinin marşrutu dəyişdirilməsə belə, çətinlik olmaz. Çünki 2008-ci ildəki münaqişədən sonra Gürcüstan və Cənubi Osetiya arasında razılıq əldə edilib. Digər tərəfdən də hansısa problem yaransa, bizim imkanımız var ki, həmin nefti Supsaya başqa yollarla çatdıraq".

SOCAR rəsmisi Rusiyanın reallaşdırmaq istədiyi "Türk axını" layihəsinin Cənub Qaz Dəhlizi üçün hansısa problem yaratmayacağını deyib: "Bir çoxları "Türk axını", yaxud "Yunan axını"nın bizim hansısa layihələrimizə rəqib olacağını deyirlər. Bu layihəyə başlamadan öncə 10 il müddətində müxtəlif tərəflərlə danışıqlar aparmışıq. Məhz bu danışıqların nəticəsində ciddi layihənin əsasını qoyduq. "Şahdəniz" qazının bazarda öz alıcıları var və hansısa layihələrin bizim bazarımıza təsir etməyəcəyinə əminəm".

Sizin Reklam Yeriniz