Əlaqə Arxiv
news Image
2015.07.17
09:07
| A A A
Banklardan daha ucuz kredit götürmək mümkün olacaq
Həyaat keçrilən tədbirlər kredit faizlərini əhəmiyyətli dərəcədə aşağı salacaq

Mərkəzi Bankın komisoyn haqlarını 1 faizə endirməsindən sonra kredit faizlərinin daha aşağı salınması istiqamətində digər addımlar atacağına dair verilən proqnozlar özünü doğruldur. Ölkənrin baş bankı cari il ərzində kreditlərin faiz dərəcələrinin nəzərəçarpacaq dərəcədə aşağı salınmasında artıq israrlı mövqe nümayiş etdirir. Bu istiqamətdə Mərkəzi Bank növbəti addımlar atmağa hazırlaşır. Bunlardan biri də banklara verilən kreditlərin həcminin artırılmasıdır. Belə görünür ki, ölkənin baş bankı kommersiya banklarına ayrılan kreditlərin miqdarını artıracaq.

Bundan əlavə Mərkəzi Bankın sədri Elman Rüstəmov əmanətlərə ucuz alternativin yaradılacağını bildirib: "Biz əhalinin banklardakı 7 milyardlıq əmanətlərinə ucuz alternativ yaratmalıyıq. Birinci növbədə əmanətləri ucuzlaşdırmalıyıq. Ucuz resurslar ilə bahalı resurslar bir yerdə olduqda orta qiymət daha aşağı ola bilər. Digər tərəfdən, bu əhalidəki renta meyilliliyini bir az azaltmalıyıq ki, yüksək faizlər ilə yüksək gəlirlər qazanmaq yanaşması ortadan qalxsın. Bizdə kifayət qədər aşağı inflyasiya var. Hesab edirik ki, ölkədə əmanətlərin faiz dərəcələri bir qədər yüksəkdir. Bu ondan irəli gəlir ki, pula böyük ehtiyac var, banklar onu yüksək faizlə götürməyə məcburdular. Biz bu defisiti həll etməyə borcluyuq. Yəqin ki, bu istiqamətdə Maliyyə Nazirliyi ilə birgə işləyəcəyik ki, faiz dərəcələrini bir qədər aşağı salaq. Bu tədbirlər ilin sonuna qədər davam etdiriləcək". Elman Rüstəmov qeyd edib ki, banklar bu gün bazardan 9%-dən yuxarı faizlər ilə vəsait götürürlər: "Onu yerləşdirmək təbii ki, baha başa gəlir. Banklar kreditləri verən zaman bir çox risklər ilə qarşılaşırlar. Bu risklər kredit faizlərini artırır. Bu risklər, bir sıra qanunvericilikdə, icra mexanizmlərində çatışmazlıqlar ilə də bağlıdır. Xüsusilə, girovlar ilə bağlı ciddi problemlər var. Girovların realizasiyası ilə əlaqədar ciddi problemlər var, biz onların həllinə nail olmalıyıq".

Elman Rüstəmov bildirib ki, banklar ilə razılşadırılmış məsələlərdən biri onlara ucuz pulların verilməsi və tapılmasıdır: "Hesab edirəm ki, bunun da vaxtı çatıbdır. Biz monetar genişlənməyə gedirik. Bir sıra mühüm infrastruktur layihələrinin maliyyələşdirilməsinə Maliyyə Nazirliyi ilə birgə vəsait ayıracayıq. Artıq bu proqram hazırlanıb və hökumət ilə razılaşdırılıb. Əlavə olaraq, ipoteka ilə bərabər, kiçik və orta biznesin maliyyələşdirilməsinə ucuz maliyyə vəsitlərinin verilməsi üçün müəyyən alətlərin, müəyyən fondların yaradılmasına başlayacağıq". Ekspertlər hesab edir ki, Mərkəzi Bankın kommersiya banklarına ucuz maliyyə vəsaitləri verməsi olduqca məqbuldur və bu, bankların xaricdən bahalı vəsait cəlbinin də qarşısını alacaq. Azərbaycan banklarının kredit reytinqinin yüksək olmaması da onların xaricdən kredit almalarına əngəl olan hallardandır. Bütün bunlara görə Azərbaycan bankları resurs cəlb edəndə ya yüksək faizlə alır, ya da hansısa vasitəçi vasitəsilə. Məsələn, Şərqi Avropa ölkələri bankları ucuz kredit cəlb edir, sonra da onu yüksək faizlə Azərbaycan banklarına ötürürlər. Yəni Azərbaycan bankları ancaq vasitəçilər vasitəsilə xaricdən müəyyən miqdar kredit ala bilir. Bu da sonda kreditlərin baha olmasına gətirib çıxarır. Mərkəzi Bankn isə ucuz resursları kredit faizlərinin də aşağı düşməsiən gətirib çıxaracaq.

Bu araad isə o da bəlli olub ki, Mərkəzi Bank kommersiya banklarına növbəti tapşırığını verib. "Marja"nın bank sektorundakı mənbədən əldə etdiyi məlumata görə, Mərkəzi Bankdan banklara mikro kreditlərin maksimum illik 25% dərəcəsilə verilməsi tapşırılıb. Banklarda mikrokreditlər üzrə illik faiz dərəcəsi 32%-dək çıxır. Mikrokreditlər kiçik məbləğlərdə olduğu üçün hər bir kreditin verilməsinə çəkilən xərc, iriməbləğli kreditlər ilə müqayisədə daha çox olur. 50 min manatı bir nəfərə kredit şəkilində ayırmaqla, 50 nəfərə ayırmaq arasında böyük əməliyyat xərci fərqi var. Qeyd edək ki, bundan öncə banklara istehlak kreditlərini maksimum 29% dərəcəsi ilə verilməsi tapşırılmışdı. Beləliklə, qarşıdakı müddət ərzində bank sektorunda kredit faizlərinin əhəmiyyətli dərəcədə azalması gözlənilir.

Sizin Reklam Yeriniz