Əlaqə Arxiv
news Image
2015.07.17
10:00
| A A A
Pambıqçılığın tənəzzülü davam edir
Ölkədə bu strateji məhsulun əkildiyi sahələrin həcmi sürətlə kiçilir

Kənd təsərrüfatı məhsulları sırasında kifayət qədər önəmli yerə malik olan pambıqçılıq ölkəmizdə hələ də tənəzzül dövründən xilas ola bilməyib. Ümumiyyətlə, real vəziyyət bu gedişlə fermerlərin pambıq istehsalına birdəfəlik son qoya biləcəklərini istisna etmir. hər halda illər üzrə statistik rəqəmlərin təhlili pambıq əkilən sahələrin sürətlə azalmaqda olduğunu göstərir.

Qeyd edək ki, iyunun 1-i üçün Azərbaycanda pambıq əkini sahələri 18,3 min hektar olub. Bu, 2014-cü ildəkindən 21,1% azdır. Ümumiyyətlə isə, 2011-ci ildən ölkədə pambıq əkini sahələri azalır. 2011-ci ildə 42,8 min hektar sahədən pambıq yığılıb. 2013-cü ildə fermerlər 23,4 min hektar pambıq əkiblər.

2014-cü ildə Azərbaycanda 41 min ton pambıq yığılıb. Bu, 2013-cü ildəkindən 5,2 min ton (9,3%) azdır. On il əvvəl Azərbaycanda 112,4 min hektar sahədən 196,6 min ton məhsul yığılıb. Kənd Təsərrüfatı Nazirliyi bitkiçilk şöbəsinin müdiri İmran Cümşüdov da bildirib ki, bu il Azərbaycanda əkilən pambıq sahələri azalıb. Ötən il ölkədə hökm sürən quraqlı iqlim şəraiti bitkiçilik sahəsinə, o cümlədən bir sıra fermerlərə də xeyli ziyan vurub. Nəticədə, pambıq sahələri bu il təxminən 17% azalıb. Şöbə müdiri "report"a açıqlamasında bu il təxminən 18-19 min hektar sahədə əkin aparıldığını deyib: "Ötən il Azərbaycanda 23 min hektar sahədə pambıq əkilmişdir və 41 min ton məshul yığılmışdır. Orta məhsuldarlıq təqribən 18 sentner təşkil edib. Bu, aşağı məhsuldarlıq göstəricisidir. Burada əsas səbəb keçən il havanın quraqlı keçməsi ilə əlaqədardır". Şöbə müdiri əlavə edib ki, ölkədə pambıq yetişdirilməsi əsasən özəl şirkətlər tərəfindən müqavilə əsasında aparılır: "Fermerlə özəl şirkət arasında müqavilə bağlanır, bütün xərclər qarşılanır. Bu xərclər çıxılandan sonra qalan məhsul fermerə çatır. Ümumiyyətlə, pambıq strateji, əlverişli bitkidir. Ondan sonra əkilən bitki xəstəliklərə davamlı olur".

Amma yuxarıda qeyd olunan rəqəmlər pambıq sahələrinin azalmaqda olduğunu, bu strateji bitkinin istehsal həcminin aşağı düşdüyünü göstərir. Halbuki, stimullaşdırıcı tədbirlər görülsə, Azərbaycanda pambıqçılıböyük məhsul və gəlir əldə etmək mümkündür.

Mövcud iqlim şəraiti və digər amillər fonunda hesablamalara görə, Azərbaycanda hər hektardan orta hesabla 2 tona yaxın pambıq götürmək mümkündür. Dünyanın əksər ölkələrində bu göstərici 1 tonun altındadır. Dünyanın aparıcı pambıçılıq ölkələrində də məhsuldarılıq Azərbaycanla müqayisdə xeyli aşağıdır. Məslən ABŞ-da hekatardan məhuldarlıq 0,9 ton, Çində isə 1,3 ton ətrafında dəyişir. Lakin Azərbaycanın imkanları hektardan 2 ton məhsuldarlıq göstəricisi ilə tükənmir. Azərbaycanın suvarılan torpaqlarında, xüsusilə də Qarabağ bölgəsində hər hektardan 3 tona qədər pamıq götürmək olur. Qeyd edək ki, 1 hektar pambıq sahəsi üçün 20 kiloqram toxum lazım gəlir. Bu isə pambıqçılığın çox əlverişli olduğuun göstərir. Digər tərəfdən pambıqçılıq onunla bağıl sektorların, xüsusən də yüngül sənayenin, toxuculuğun inkişafında mühüm rol oynayır. Məsələn, Özbəkistan pambıqçılığı bərpa etməklə yanaşı ölkədə yeni olan toxuculuq sənayesi qurur. Sovet illərində özü becərdiyi pambığın yalnız 3%-ni emal edən Özbəkistan 30 transmilli xarici şirkəti dəvət etməklə istehsal edilən pambığın 70%-ə qədərini öz ərazisində parçaya və toxuculuq məhsullarına çevirməyi bacarıb. Bu, regionlarda açılan çoxsaylı yeni iş yeri deməkdir. Azərbaycan pambığı isə Özbəkistan pambığından daha keyfiyyətli sayılır. Sadəcə, bu məhsulun becərilməsini stimullaşdırmaq və ondan asılı olan sahələrin inkişafına daha çox maliyyə vəsaiti yönləndirilməsi vacib sayılır.

Sizin Reklam Yeriniz