Əlaqə Arxiv
news Image
2015.07.16
23:30
| A A A
Azərbaycanda qızıl hasilatı 33% artıb, gümüş hasilatı 4 dəfə azalıb

2015-ci ilin I yarısında Azərbaycanda qızıl hasilatı 1 min 117,4 kq təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 32,9% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Cari ilin yanvar-iyun aylarında Azərbaycanda 46,5 kq gümüş də hasil edilib (azalma 4,2 dəfə). Hasil olunan qızıl və gümüş emala göndərilib. Xəbər verildiyi kimi, 2014-cü ildə Azərbaycanda 1872,5 kq qızıl və 239,3 kq gümüş hasil olunub. Hazırda Azərbaycanda qızıl və gümüş 1997-ci il avqust ayının 21-də imzalanmış Production Sharing Agreement tipli müqavilə çərçivəsində "Gədəbəy" yatağından hasil olunur. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo Asian Mining PLC" şirkətinin payı 49% təşkil edir. "Gədəbəy" yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanıb. Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl, 2,5 min ton gümüş və 1,5 min ton mis hasilatı planlaşdırılır.


Sizin Reklam Yeriniz