Əlaqə Arxiv
news Image
2015.07.17
12:00
| A A A
Azərbaycanda yeni yataqda qızıl hasilatı başlayır

Azərbaycanda qızıl hasilatı sahəsində fəaliyyət göstərən "Anglo Asian Mining plc" şirkəti bu ilin avqust ayında yeni "Qədir" yatağında qızıl hasilatına başlayıb.


Movqe.az-ın Trend-ə istinadən məlumatına əsasən, bu barədə şirkətin saytında xəbər verilir.


Məlumatda deyilir ki, bu vaxta kimi "Qədir" yatağında 3 min ton filiz hasil olunub. Xam məhsul sonrakı emal üçün yuyulma zavoduna göndərilib. Yataqda əsas işlər isə avqust ayında başlayacaq.


Yeraltı "Qədir" yatağı "Gədəbəy" yatağının 1 kilometrliyində yerləşir.

Sizin Reklam Yeriniz