Əlaqə Arxiv
news Image
2015.07.19
13:00
| A A A
Ölkədə yalnız yük avtomobillərinin istehsalı artıb

2015-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 142 yük avtomobili istehsal olunub ki, bu da 2014-cü ilin eyni dövrünün göstəricisini 13,6 faiz üstələyir. Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin 2015-ci ilin yanvar-iyun aylarının yekunu üzrə hesabatında deyilir.


Hesabata əsasən, qeyd edilən dövrdə Azərbaycanda 325 minik avtomobili istehsal edilib ki, bu da 2014-cü ilin göstəricisindən 75,4 faiz azdır.


Cari ilin I yarısında ölkədə 540 traktor istehsal edilib. Bu, 2014-cü ilin eyni dövrünün göstəricisindən 10,4 faiz azdır.

Sizin Reklam Yeriniz