Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycandan spirtli içkilərin ixracında mənfi dinamika müşahidə edilib.
Movqe.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, 2015-ci ilin yanvar-iyun aylarında 11 158,29 min ABŞ dolları məbləğində spirtli və spirtsiz içki ixrac edilib ki, bu da 2014-cü ilin eyni dövrünə nisbətən 6 529,03 min dollar, yaxud 39,01% azdır.
Bu ilin 6 ayında spirtli və spirtsiz içkilər ümumi ixracın 0,18%-ni təşkil edib.
Komitədən həmçinin bildirilib ki, hesabat dövründə Azərbaycana ümumilikdə 24 251,52 min dollar məbləğində spirtli və spirtsiz içkilər, həmçinin sirkə idxal edilib. Bu isə 2014-cü ilin eyni dövrü ilə müqayisədə 9 731,96 min dollar, yaxud 28,64% azdır. Nəticədə bu məhsulların ölkənin ümumi idxalında payı 0,59% təşkil edib.