Əlaqə Arxiv
news Image
2015.07.21
15:00
| A A A
Fransa şirkəti TAP-da layihə icrasını həyata keçirəcək

Qeyd edək ki, "Technip" enerji sənayesində layihələrin idarə edilməsi, mühəndislik və tikinti sahəsində dünya lideridir

Fransanın "Technip" şirkəti Trans Adriatik Boru Xətti (TAP) layihəsində layihə idarəedilməsi üzrə məsləhətçilik edəcək. Movqe.az "Report"-a istinadən xəbər verir ki, bu barədə "TAP AG"nin yaydığı məlumatda bildirilir.

Müqavilə kəmərin Yunanıstan, Albaniya və İtaliyanın quru hissəsində qüvvədə olacaq. "Technip"in göstərəcəyi xidmətlərə tikinti prosesinin idarə edilməsi, bütün tikinti dövrü ərzində təchizatçılıq və subpodrat mühəndislik daxildir.

Layihənin tamamlanması 2020-ci ilin birinci rübünə planlaşdırılır.

Xidmətlər əsasən TAP-ın İsveçrənin Baar şəhərində yerləşən qərargahında, "Technip"in Romada yerləşən ofisində, həmçinin Yunanıstan, Albaniya və İtaliyada fəaliyyət göstərəcək digər mərkəzlərdə reallaşacaq.

Qeyd edək ki, "Technip" enerji sənayesində layihələrin idarə edilməsi, mühəndislik və tikinti sahəsində dünya lideridir.

Xatırladaq ki, TAP-da pay bölgüsünə əsasən BP, SOCAR və "Statoil" hərəsinə 20% paya malikdir. Qalan hissənin 19%-i Belçikanın "Fluxy", 16%-i İspaniyanın "Enagas" və 5%-i isə isveçin "Axpo" şirkətinə məxsusdur.

Sizin Reklam Yeriniz