Əlaqə Arxiv
news Image
2015.07.25
10:00
| A A A
Sahibkarlar daha ucuz kredit əldə edə biləcəklər
Özəl bölmənin inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi məqsədilə güzəştli kreditlərin faiz dərəcəsinin aşağı salınmasına dair təkliflər hazırlanıb

Sahibkarlığın inkişafı, onların maliyyə vasitələrinə, o cümlədən ucuz kreditlərə çıxışının təmin edilməsi hazırda xüsusi diqqət mərkəzindədir. Xatırladaq ki, sahibkarlıqda bağıl məsələyə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da xüsusi toxundu. Dövlət başçısı sahibkaralara dəstəyin bundan sonra da davam etdirələcyini diqqətə çatdırdı.

Prezidentin səsləndirdiyi fikirlərdən o da bəlli oldu ki, sahibkarlar güzəştli kreditləri daha aşağı faizlə əldə edə biləcəklər: "Sahibkarlığın inkişafı Azərbaycanda daim diqqət mərkəzində olmalıdır. Bildiyiniz kimi, biz güzəştlər edirik, fermerlərə subsidiyalar, güzəştli şərtlərlə yanacaq və gübrə verilir. Təkrar əkin üçün indi yeni şərait yaradılır. Digər məsələlər öz həllini tapır. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlər verilir. İndi təkliflər var ki, faiz dərəcələrini bir az da aşağı salaq. Mən bunu dəstəkləyirəm ki, fermerlər, iş adamları daha da rahat işləsinlər, daha da böyük gəlir əldə etsinlər. Yəni, dövlət çalışır ki, bu məsələ daim diqqət mərkəzində qalsın. Məhz bunun nəticəsində bu gün Azərbaycanda çox güclü sahibkarlar sinfi yaranıb.

Qeyd edək ki, sahibkarlığın inkişafına dəstək olaraq Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə cari ilin ilk altı ayında iqtisadiyyatın müxtəlif sahələri üzrə 2972 sahibkara 96 milyon manat həcmində güzəştli kreditlər verilib. Hazırda güzəştlikreditlərin faizlərinin aşağı salınması istiqamətində konkret işlər görülür. İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclasında çıxış edən nazir Şahin Mustafayev bunun ilkin anonaslarını verib: "Sahibkarlığın inkişafının stimullaşdırılması, özəl bölmənin inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi məqsədilə güzəştli kreditlərin faiz dərəcəsinin aşağı salınmasına dair təkliflər hazırlanıb və aidiyyəti üzrə təqdim edilib". Bununla yanaşı, kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən özəl kredit bürolarının və daşınar əmlakın yüklülüyü reyestrinin yaradılması, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı üçün tələb olunan müddətin, elektrik təchizatı şəbəkəsinə qoşulma üçün prosedur, müddət və xərclərin azaldılması və s. məsələlər üzrə işlər davam etdirilir.

Bütün bunlara dövlətin sahibkarlara dəstəynin daha da güclənməsi deməkdir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov sahibkarlığın inkişafı yolunda artıq yeni bir mərhələnin başlandığını bildirir: "Güzəştli kreditlər üçün maksimum məbləğ də 6 faizdən müəyyənləşib. Bu fonda ölkə Prezidenti vəsaitlərin həcminin artırılması, güzəştli kreditlər üzrə faiz dərəcəsinin daha aşağı salınması ilə bağlı tapşırıqlar verdi. Nəzərə alsaq ki, il ərzində sahibkarlara 300 milyon manata yaxın güzəştli kredit təklif olunub, o baxımdan bu addım sahibkarlara güzəştli kreditlərdən yararlanmaqla fəaliyyətlərini genişləndirməyə imkan verəcək. Bu baxımdan da son müşavirə ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı yeni bir mərhələnin əsasını qoyacaq. Birmənalı şəkildə ölkə Prezidentinin tapşırıq və göstərişləri sahibkarlara dəstək olmaqla yanaşı, eyni zamanda, bu fəaliyyətin ciddi şəkildə stimullaşdırılmasına imkan verəcək".

Verilən dəstək fonunda xüsusən kiçik və orta sahibkarlığın inkişafında yeni dinamik mərhələnrin başlanması gözlənilir. Xatırladaq ki, Qərb ölkələrin böyük əksəriyyətində də hökumətlər kiçik və orta sahibkarlığın inkişafında maraqlıdırlar və onlara daim dəstək verirlər, xüsusi proqramlar işləyib hazırlayırlar, geniş spektrdə güzəştlər verirlər. İnkişaf etmiş əksər ölkələrdə kiçik və orta biznes əhəmiyyətli iqtisadi və sosial rol oynayır, iqtisadiyyatın dayanıqlı inkişafı, o cümlədən əhalinin bütün təbəqələrində məşğulluğun təmin olunması üçün əsas olan orta təbəqəni təmsil edir. Bu ölkələrin bəzilərində ÜDM-in 50-70%-i məhz kiçik və orta müəssisələr tərəfindən istehsal edilir. Azərbaycanda da dövlət tərəfindən verilən dəstək fonunda tədricən analoji vəziyyət yaranmaqdadır.

Sizin Reklam Yeriniz