Əlaqə Arxiv
news Image
2015.07.28
17:00
| A A A
AZAL: Moskva-Bakı marşrutu üzrə reyslər qrafik üzrə həyata keçirilir

Moskva-Bakı marşrutu üzrə reyslər normal rejimdə, bütün uçuş və enişlər qrafik üzrə həyata keçirilir. Bu barədə Movqe.az-a "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən məlumat verilib.


Xatırladaq ki, Rusiya mətbuatı Moskva aeroportlarında ildırım və leysan ucbatından 300-ə yaxın aviareysin təxirə salınması ilə bağlı xəbər yaymışdı.


AZAL-dan daxil olan məlumatda bildirilir ki, "Şeremetyevo" aeroportundan uçan təyyarənin Bakı vaxtı ilə saat 15:20-də, "Domodedovo" aeroportundan uçan təyyarənin isə saat 18:05-də Heydər Əliyev Beynəlxalq Hava Limanında eniş edəcəyi gözlənilir.

Sizin Reklam Yeriniz