Əlaqə Arxiv
news Image
2015.07.30
16:30
| A A A
Avropanın ən böyük iqtisadiyyatında işsizlikdə sürpriz artım

Almaniyada işsizlik, gözlənilməz bir şəkildə artıb.İşsizlik artımı Yunanıstan və avronun gələcəyi ilə bağlı qeyri-müəyyənliklərin iqtisadi fəaliyyəti zərbə endirəcəyi siqnalını verir.Almaniyanın Federal Əmək Təşkilatının Cümə günü açıqladığı məlumatlara görə, mövsümi olaraq tənzimlənmiş işsizlik, 9000 artaraq 2.8 milyona çatıb.İqtisadçılar işsizlikdə 5000 azalma olacağını proqnozlaşdırırdılar.Ancaq digər tərəfdən işsizlik nisbəti 6.4 faiz səviyyəsində sabit qalıb.Əmək bazarında bu ay görülən zəiflik, regional təsirlərin Avropanın ən böyük iqtisadiyyatına mənfi təsir etdiyinin ilk siqnalı ola bilər. Digər tərəfdən, iş dünyası etimadı, Avro Bölgəsi ilə Yunanıstan arasında razılıq əldə olunmasının ardından İyul ayında normallaşma göstərib.Unicredit Bank AG-nin baş iqtisadçı Andreas Rees, "Yavaşıma görülsə də əmək bazarında normallşama dayanmayacaq. Alman iqtisadiyyatında yuxarı istiqamətli trend davam edir" deyib.


Sizin Reklam Yeriniz