Əlaqə Arxiv
news Image
2015.07.30
16:40
| A A A
"1 dollar 65 rubla qalxa bilər"

Durğunluq və sanksiyalar altında "əzilən" Rusiya iqtisadiyyatı neftin 40 dollara düşməsi halında bu il 5 faiz geriləyə bilər.

24-29 İyul tarixləri arasında Bloomberg -in sorğusuna qatılan iqtisadçıların 65%-i neftdə əlavə eniş olması halında Rusiya Mərkəzi Bankının təcili faiz artırımına getmək məcburiyyətində qalacağını düşünür.Mərkəzi Bank bu il 4 dəfə faiz endirimi edib. İqtisadçıların 39%-i hökumətin Yunanıstana bənzər kapital məhdudiyyətləri tətbiq edəcəyini bildiriblər.Sorğuda iştirak edənlərin 22%-i ölkə banklarının ən azından bəzilərinin idarəetməsinin nəzarətə götürüləcəyini proqnozlaşıdırıb. İqtisadçıların 69%-i Rusiya iqtisadiyyatı və bank sektorunda risklərin yüksəldiyini bildirib.Neftin 40 dollar səviyyəsinə düşməsi Rusiyanın iqtisadi artımına ciddi zərərlər verə bilər. Rubl 2015-ci ilin sonunda dollar qarşısında 65 rubl səviyyəsinədək zəifləyə və iqtisadiyyat buna bağlı olaraq bu il 5 faiz, 2016-da 1 faiz geriləyər.Daha az pessimist olanlar Rusiyanın 2015-ci ildə 3.5 faiz, 2016-cı ildə isə 0.5 faiz geriləyəcəyini gözləyirlər.

Sizin Reklam Yeriniz