Əlaqə Arxiv
news Image
2015.07.30
17:00
| A A A
Faizlər Sentyabrda, yoxsa Dekabrda artırılacaq?

ABŞ Mərkəzi Bankının (Fed) 9 ildən bu yana ilk dəfə reallaşdıracağı faiz artırımına qərar verməsi üçün bir az da zamana ehtiyacı var.Fed 29 İyulda başa çatmış iclasdan sonra açıqlama yaydı. Açıqlamada məşğulluq bazarında yaxşılaşmanın davam etdiyinə işarə edildi. Ancaq açıqlamada Fed rəsmilərinin faizlərin nə vaxt artırmağı planlaşdırdığı ilə bağlı dəqiq bir vaxta işarə edilmədi. Faizlər Sentyabrda, yoxsa Dekabrda artırılacaq? İndi bu sual bazarları yaxından düşündürür.


"BAZAR LAR ÜÇÜN BU DAHA KƏLLEDİCİDİR"


Deutsche Bank AG-dən Gary Pollack, "Bazar üçün daha əhəmiyyətli olan Fed-in faiz artırmağa nə zaman başlayacağı deyil, ikinci faiz artırımının nə vaxt olacağıdır. Bazarlar üçün bu sualın cavabı daha həlledicidir. Çünki bu bizə Fedin normallaşma sürətinə və metodologiyasına dair bir fikir verəcək" deyib.


Fedin 17 İyunda açıqladığı faiz proqnozlarına görə, faiz dərəcələri bu ilin sonu üçün 0.625 faiz, 2016 sonu üçün isə 1.625 faiz səviyyəsindədir. Royal Bank of Scotland Group Plc-yə görə bazarlar, İyun 2016-ya qədər ikinci bir faiz artırımı gözləmir.


İnvestorlar gələn həftə məşğulluq göstəricisinə diqqət yetirəcəklər. İqtisadçılara görə, məşğulluq göstəricisi İyul ayı üçün 220,000-in üzərində yüksəliş göstərəcək və orta saatlıq maaşlar 0.2 faiz artacaq.


SENTYABR EHTİMALI QALIR


Mütəxəssislər bildirirlər ki, Fed-in dünənki açıqlamasında sürpriz yoxdur. Fed-in gözlənilən zamanı yenə qeyd etmədiyinə diqqəti çəkən analitiklər "İqtisadi məlumatlara bağlı olaraq bazarın izlənməsinin davam edəcəyi və Sentyabr ehtimalının hələ də masada olduğunu müşahidə edirik. Fed zaman anlayışını önə çıxararaq özünü asılı hala gətirmək istəmir. Çünki göstəricilərdə yay dövründə pisləşmə olarsa Sentyabrda faiz artırımı çətin hala gələ bilər. Göstəricilərdə nisbətən müsbət meyl çox əhəmiyyətlidir. Pisləşmə müşahidə olunmadığı müddətdə bazarlar Sentyabrda faiz artırımı ilə dəyərlənməkdə davam edəcək", - deyə bildirirlər.


Barclays Plc-nin baş iqtisadçısı Maykl Gap, "Komitə faizlərin bu il ərzində artırılması ehtimalına açıq qapı buraxdı. Sentyabr və ya Dekabrda faiz artırımı hələ də mümkün görünür" şərhini edib.


"FAİZLƏR İQTSADİ MƏLUMATLARDN ASILI OLARAQ ARTIRILACAQ"


Fed bu ilin əvvəlində, 2006-cı ilin İyun ayından bu yana baş tutacaq ilk faiz artırımı üçün iclasdan-iclasa vəziyyəti qiymətləndirmək qərarı vermiş və faiz artırımı qərarını açıqlanacaq məlumatlara bağlamışdı. Fed sədri Janet Yellen, ölkə iqtisadiyyatının müsbət gedişinin davam etməsi halında faiz dərəcələrinin bu il artırıla biləcəyini söyləmişdir.


Fedin bu ilin Sentyabr ayında faiz artıracağı gözlənilir. Fazilərin artırılması ilə dolların daha da güclənəcəyi proqnozlaşdırılır. Fedin faiz artırması yaxınlaşdıqca investorların dollara marağı artır. Cazibəsini itirən qızıl və digər əmtəələr satış dalğasının təsirilə ucuzlaşırlar.


İNFLYASİYAYA BAXACAQ


Qeyd edək ki, dünən Fed-dən verilən açıqlamada məşğulluqda irəliləyişin olduğu, ancaq inflyasiyada bunun müşahidə olunmadığı qeyd olunub.


İqtisadi fəallığın son aylarda mülayim bir şəkildə böyüdüyünün qeyd edildiyi açıqlamada, "Fed ilk faiz artırımına başlanmazdan əvvəl inflyasiyada 2 faiz hədəfinə doğru hərəkətdən olduqca əmin olmalıdır. Neft və idxal qiymətlərindən qaynaqlanan müvəqqəti təzyiqin ortadan qalxması ilə həm inflyasiya, həm də məşğulluq bazarı irəliləyə bilər" - deyilir.


Bəyanatda rəsmilərin iqtisadiyyatın ilk rübdəki ləngimənin öhdəsindən gəldiyi qiymətləndirməsi etdikləri bildirilib, enerji sektorundakı geriləmə və xarici iqtisadiyyatlarda əsən "tərs küləklərə" baxmayaraq ABŞ iqtisadiyyatının mülayim şəkildə artmaqda olduğu vurğulanıb.


Sizin Reklam Yeriniz