Əlaqə Arxiv
news Image
2015.07.31
13:10
| A A A
Nazirlik rəsmisi: Mənzillərin icbari sığortasının sayı artır

Son zamanlar yaşayış evi və mənzillərin icbari sığortası üzrə sığortalananların sayı sürətlə artır. Movqe.az xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev deyib.


Onun sözlərinə görə, bu günə olan məlumata görə, təxminən 92,5 min yaşayış evi və mənzil icbari sığortalanıb ki, bunlar üzrə cəmi 3,25 mln. manat sığorta haqqı hesablanıb: "Yaşayış evi və mənzillərin icbari sığortası üzrə ötən ilin eyni dövrü ilə müqayisədə 20% artım olub. Bakı şəhəri üzrə - 22 min mənzil, Gəncə, Sumqayıt, Naxçıvan üzrə - 6,5 min mənzil, digər rayon və şəhərlər üzrə 64 min mənzil siğortalanıb".


Yaşayış evlərinin və mənzillərin icbari qaydada sığortalanmasını təmin edə biləcək təsirli mexanizmin mövcud olmadığını deyən nazirlik rəsmisi buna baxmayaraq, bu gün bu sığorta növü ilə yaşayış evlərinin və mənzillərinin 4,8 faizinin əhatə olunduğunu bildirib.

Sizin Reklam Yeriniz