Əlaqə Arxiv
news Image
2015.07.31
20:00
| A A A
Avropa Azərbaycanın layihəsində yeni qaz tədarükçüləri görmək istəyir

Avropa İttifaqının (Aİ) Azərbaycanın təşəbbüskarı olduğu "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində məqsədlərindən biri Aİ-yə enerji resurslarının xeyli həcmdə tədarükünü təmin etmək üçün digər mənbələrdən dəhliz üzrə qazın nəqli imkanlarının təqdim edilməsidir.


Movqe.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Avropa Komissiyasının mətbuat ofisindən deyiblər.


Ofisdən bildiriblər ki, Azərbaycan Avropa üçün həmişə qaz tədarükçüsü ölkəsi olub və olmaqdadır: "Azərbaycan "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasında əsas rol oynayır. Aİ-nin layihə ilə bağlı siyasətinin digər məqsədi Avropa İttifaqına enerji resurslarının xeyli həcmdə tədarükünü təmin etmək üçün digər mənbələrdən dəhliz üzrə qazın nəqli imkanlarının təqdim edilməsidir. Bu, gələcəkdə tədarükün şaxələndirilməsinə, rəqabətə və Avropanın enerji təhlükəsizliyinə xidmət edə bilər".

Sizin Reklam Yeriniz