Bakı-Tbilisi-Ərzurum kəmərində partlayış olub
Partlayışın səsi 20 km məsafədə eşidilib və hadisə ilə əlaqədar qazın verilməsi dayandırılıb
Türkiyənin Qars vilayətinin Sarıqamış qəsəbəsi ərazisində Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərində partlayış baş verib.
Movqe.az "Report"-a istinadən xəbər verir ki, Qars valisi Günay Özdəmirin sözlərinə görə, hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Məlumata görə, partlayışın səsi 20 km məsafədə eşidilib və hadisə ilə əlaqədar qazın istehlakçılara verilməsi dayandırılıb.