Əlaqə Arxiv
news Image
2015.08.04
11:50
| A A A
SOCAR: Bakı-Ərzurum kəməri ilə qazın nəqli dünəndən dayandırılıb
Şahdəniz" layihəsinin iştirakçılarına maddi ziyan dəyməyib

"Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Qars vilayətindən keçən hissəsində qəza bu gün səhər saatlarında baş verib. Lakin profilatik tədbirlərlə əlaqədar artıq dünən axşam saatlarından etibarən Cənub Qaz Dəhlizi kəmərində, yəni Bakı-Ərzurum kəmərinin Gürcüstan-Türkiyə sərəhədinə qədər olan hissəsində qazın nəqli dayandırılıb". Bunu Movqe.az-a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) deyiblər.

Qazın nəqli dünəndən dayandırıldığına görə, hadisə nəticəsində sızma baş verməyib və kəmərlə nəql edilən qazın aid olduğu "Şahdəniz" layihəsinin iştirakçılarına maddi ziyan dəyməyib. 

Məlumata görə, partlayışın baş verdiyi kəmərin həmin hissəsinin təhlükəsizliyinə Türkiyənin "Botaş" şirkəti cavabdehdir: "Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin həmin hissəsinə operatorluğu Türkiyənin "Botaş" şikrəti həyata keçirir. Gürcüstan-Türkiyə sərhədinə qədər olan hissəsinə isə "BP-Azerbaijan" operatorluq edir. Hadisənin səbəbləri araşdırılır".

Xatırladaq ki, Türkiyənin Qars vilayətinin Sarıqamış qəsəbəsi ərazisində Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərində partlayış baş verib.

Sizin Reklam Yeriniz