Əlaqə Arxiv
news Image
2015.08.04
15:35
| A A A
Düşmən suyumuzu zəhərləyir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyul ayının III ongünlüyü üçün növbəti monitorinqlər həyata keçirib. Movqe.az-ın ETSN-in saytına istinadən xəbər verir ki, iyul ayının III ongünlüyündə Kür çayında suyun sərfi iyul ayının II ongünlüyünə nisbətən 33,7 m3/san azalaraq 50,1 m3/san təşkil edib.


Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4.9, Ağstafaçayda 4.4, Ağstafaçay su anbarında isə 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 6.85-7.38 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib. Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilindədir.

Sizin Reklam Yeriniz