Əlaqə Arxiv
news Image
2015.08.04
17:25
| A A A
"Azəryolservis" isti hava ilə əlaqədar təmir işlərini məhdudlaşdırıb
Yol təsərrüfatı qurumu isti günlərdə fasilələrlə işləyir

Azərbaycanda müşahidə edilən isti hava şəraiti ilə əlaqədar Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC açıq havada təmir-bərpa işlərinin həyata keçirilməsini dayandırıb.

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin Movqe.az-a verdiyi məlumata görə, davam edən istilərlə əlaqədar olaraq iş prosesində fasilələr müəyyənləşdirilib.

"Belə ki, iş prosesi əsasən açıq havada olduğundan işçilər 08:00-dan 12:00-dək işləyirlər, 12:00-dan 18:00-dək fasilə elan olunur və 18:00-dan 21:00-dək iş prosesi yenidən bərpa edilir. Belə iş qrafiki ancaq isti havalarla əlaqədar tətbiq edilib", -  A.Nəcəfli qeyd edib. 

Sizin Reklam Yeriniz