Əlaqə Arxiv
news Image
2015.08.04
17:35
| A A A
SOCAR iyulda 9,2 min metr qazma işi həyata keçirib
Məlumata görə, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub

Bu ilin iyul ayı ərzində müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 9 188 metr qazma işi həyata keçirib. Bu barədə Movqe.az-a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.

Ümumiyyətlə, 2015-ci ilin yanvar-iyul aylarında SOCAR üzrə 62 624 metr qazma işi görülüb ki, bunun da 61 624 metri istismara, 1 000 metri isə kəşfiyyata aid olub.

Qeyd edək ki, iyul ayı ərzində qazmadan alınmış 7 quyu, ilin əvvəlindən isə 42 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Sizin Reklam Yeriniz