Əlaqə Arxiv
news Image
2015.08.04
20:00
| A A A
Azərbaycanda aylıq deflyasiya zəifləyib
İyulda deflyasiyanın tempi 0,7%-ə düşüb

Bu ilin iyul ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 1,7% ucuzlaşıb, qeyri-ərzaq malları və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki iyunla müqayisədə 0,7% ucuzlaşıb.

Movqe.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ay ərzində mal əti, balıq məhsulları, kərə yağı, portağal, naringi, banan, alma, armud, albalı, gilas, alça, gavalı, ərik, şaftalı, qoz, fındıq, üzüm, qarpız, yemiş, göyərti, balqabaq, şirin bibər, badımcan, göy lobya, sarımsaq, baş soğan, kök, kartof, kələm, xiyar, pomidorun qiymətlərində ucuzlaşma, düyü, buğda un, toyuq əti, makaron, yulaf və arpa yarması, yumurta, şabalıd, limon, spirtli içkilərin qiymətlərində isə bahalaşma müşahidə olunub.

Qeyd edək ki, cari ilin iyun ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 2,7% ucuzlaşıb, qeyri-ərzaq malları və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 1,1% ucuzlaşıb.

Sizin Reklam Yeriniz