Əlaqə Arxiv
news Image
2015.08.04
21:30
| A A A
Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın nümayəndə heyəti Energetika Nazirliyində olub

Noyabr ayında Türkiyənin Antalya şəhərində G20 ölkələri rəhbərlərinin toplantısı keçiriləcək

Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (IAEE) prezidenti Gürkan Kumbaroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasovla görüşüb. Bu barədə Movqe.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə 2016-cı il avqustun 28-31-də Bakıda Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (IAEE) I Avrasiya konfransının keçirilməsi ilə bağlı məsələlər müzakirə edildiyi deyilir.

Konfransın proqramının Energetika Nazirliyi, "ADA" Universiteti, İqtisadiyyat və Sənaye Naziriyi ilə birgə hazırlanması razılaşdırılıb. Bildirilib ki, IAEE dünyanın 110 ölkəsində üzvü olan qlobal qeyri-kommersiya təşkilatıdır və əsas məqsədi enerji iqtisadiyyatında marağı olan mütəxəssislərə fikir və təcrübə mübadiləsi üçün sahələrarası platforma yaratmaqdır. Konfransda müxtəlif ölkələrin iş adamları, alimlərinin bir araya gələrək, Azərbaycanla yanaşı, Avrasiyanın enerji siyasəti, təchizatı və bu sahədəki mövcud vəziyyəti müzakirə etməsi planlaşdırılır. 

Assosiasiyanın prezidenti G.Kumbaroğlu G20 sammitindən əvvəl, noyabrın 14-də Azərbaycan, Rusiya və Türkiyənin enerji nazirlərinin iştirakı ilə görüşün planlaşdırıldığını da diqqətə çatdırıb. 

Qeyd edək ki, noyabr ayında Türkiyənin Antalya şəhərində G20 ölkələri rəhbərlərinin toplantısı keçiriləcək.

Sizin Reklam Yeriniz