Əlaqə Arxiv
news Image
2015.08.05
00:00
| A A A
TANAP-ın boruları Hopa limanına gətirilib

TANAP üçün quruda boruların quraşdırılması ilə məşğul olacaq şirkətlər bu ilin martında bəlli olub

Trans-Anadolu Qaz Kəməri (TANAP) layihəsi çərçivəsində 180 boru artıq Türkiyənin Hopa limanına gətirilib. Movqe.az xəbər verir ki, bu barədə Türkiyənin "Cihan" agentliyi məlumat yayıb.

Məlumata görə, Posof qəsəbəsinin Türkgözü kəndindən Ərzurumun Aşkale qəsəbəsinə qədər olan 375 km-lik məsafədə boruların quraşdırılmasını "Fernas İnşaat A.Ş." şirkəti həyata keçirəcək.

Qeyd edək ki, TANAP üçün quruda boruların quraşdırılması ilə məşğul olacaq şirkətlər bu ilin martında müəyyənləşib.

Xatırladaq ki, 2018-ci ildə istismara veriləcəyi gözlənilən TANAP-dan 16 mlrd. kubmetr qaz ixrac ediləcək və bunun gələcəkdə 31 mlrd. kubmetrə çatdırılması gözlənilir.

Sizin Reklam Yeriniz