Azərbaycanda iri regional DATA-mərkəz sentyabrın sonunda istismara veriləcək. Movqe.az xəbər verir ki, bunu Trend-ə "AzInTelecom" MMC-dən deyiblər.
"AzInTelecom" məlumatların emalı mərkəzinin operatoru rolunda çıxış edir.
Hazırda DATA-mərkəz Tier3 səviyyəsinə uyğun sertifikatın əldə edilməsi üçün imtinaya davamlılıq üzrə sınaqdan keçirilir. Sertifikatlaşdırma ABŞ-ın "Uptime Institute" şirkəti tərəfindən aparılır.
Tier3 səviyyəli DATA-mərkəz sistemin istənilən qovşağının sıradan çıxması zamanı işin sabitliyini təmin edəcək, çünki daxilolma göstəricisi 99,985 faizə çatacaq.
Hazırda dünyanın bir sıra böyük şirkətləri (Facebook, Google, Amazon, Yahoo və başqaları) Azərbaycanın DATA-mərkəzinə IT-infrastrukturlar yerləşdirməkdə maraqlı olduqlarını deyiblər.
MMC-dən deyiblər ki, şirkətlərin müraciəti qiymətləndirilir: "Sifarişçilər arasında bölüşdürüləcək resurslar artıq planlaşdırılıb".
DATA-mərkəzin tikintisi BMT İnkişaf Proqramının dəstəyi ilə reallaşdırılır.