Əlaqə Arxiv
news Image
2015.08.05
11:00
| A A A
Ötən ay neçə avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub?

2015-ci ilin iyul ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 115 658 müqavilə qeydiyyata alınıb.


Movqe.az-ın Büroya istinadən verdiyi məlumata görə, bunların 15 921-ni xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 9,5 milyon manat təşkil edib. Ötən ilin iyul ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 16%, sığorta haqlarının məbləğində isə 20% artım müşahidə edilib.


2015-ci ilin yanvar-iyul ayları ərzində AVSMMİS üzrə 591 minə yaxın sığorta müqaviləsi bağlanıb və bu müqavilələr üzrə sığorta haqları 45,8 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 15%, sığorta haqlarının məbləğində isə 20% artım müşahidə edilib.

Sizin Reklam Yeriniz