Əlaqə Arxiv
news Image
2015.08.05
12:25
| A A A
"Apple" mobil rabitə operatoruna çevrilir

Şirkətin şəxsi mobil infrastrukturu olmadığından, servisləri digər operatorların şəbəkələrində işə salacaq

"Apple" korporasiyası virtual mobil rabitə operatoruna (MVNO) çevriləcək və müvafiq xidmətlər göstərməyə başlayacaq. Bu barədə Movqe.az "Qazeta.ru"ya istinadən xəbər verir. 

Şirkətin şəxsi mobil infrastrukturu olmadığından, servisləri digər operatorların şəbəkələrində işə salacaq. Məlumata əsasən, "Apple" AT&T və ya "Sprint" mobil rabitə operatorları ilə müqavilə bağlamağı planlaşdırır. 

Yeni operator bazara 5 il ərzində çıxa bilər. 2015-ci ilin aprel ayında analoji layihəni "Google" şirkəti işə salıb. O, ABŞ-ın "Sprint", "T-Mobile" operatorlarının şəbəkələrindən, eləcə də WiFi-dan istifadə edir. 

Sizin Reklam Yeriniz