Əlaqə Arxiv
news Image
2015.08.05
13:50
| A A A
Kabel televiziya operatorları qiyməti bahalaşdırdı
Sentyabr ayının 1-dən kabel televiziyası operatorlarında baza paketinə görə aylıq abunə haqqı 10 AZN tətbiq olunacaq.

Movqe.Az xəbər verir ki, bu barədə Ailə TV və  KATV məlumat yayıb.


Bu tarixədək abunəçilər hazırki, 9 AZN tarifinə uyğun olaraq kabel televiziyası xidmətlərindən istifadə edəcək.


Kabel televiziya operatorlarından Ailə TV-dən bildirilib ki, baza paketində tarif dəyişikliyinə səbəb ilk növbədə məzmunlu və daha keyfiyyətli televiziya yayımın təmin olunmasıdır:


"Belə ki, tarif dəyişikliyindən sonra rəqəmsal yayım baza paketində müxtəlif mövzuları əhatə edən ən baxımlı, əhali arasında yüksək tələbata malik telekanallar cəmləşəcək. Bundan əlavə baza paketinə daxil olan müəyyən telekanallar bir neçə dildə yayımlanacaq.


Tarif dəyişikliyi ilə yanaşı kabel televiziyası xidmətlərinin keyfiyyətinin artırılması və yüksək keyfiyyətli yayımın təmin olunması gündəmdədir. Bununla bağlı telekanalların yayımında vahid standartların işlənməsi, ən qabaqcıl texnologiyaların tətbiqi, kabel televiziyası operatorlarının əhatə dairəsinin genişləndirilməsi və digər texniki məsələlərin icrasına başlanıb"-məlumatda qeyd olunub.


KATV1-dən də bildirilib ki, keyfiyyətli yayımın artması ilə yanaşı əyləncəli kanalların, film və idman kanalların sayı çox olacaq.


Sizin Reklam Yeriniz