Əlaqə Arxiv
news Image
2015.08.05
14:10
| A A A
SOCAR bu il daha 5 YDM istifadəyə verəcək
İlin sonuna qədər ikinci ixtisaslaşmış CNG stansiyasının təhvil verilməsi planlaşdırılır

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti olan "SOCAR Petroleum" QSC hazırda Bakı şəhəri ərazisində 4 yeni yanacaqdoldurma məntəqəsinin (YDM) tikintisini həyata keçirir. Movqe.az xəbər verir ki, şirkətdən "Report"a verilən məlumata görə, ilin sonuna qədər bu YDM-lərin istismara verilməsi nəzərdə tutulur.

"İlin sonuna qədər 4 YDM-in təhvil verilməsi gözlənilir. Bu məntəqələrin biri Ziya Bünyadov prospektində, ikincisi "maşın bazarı" yaxınlığında (Badamdar qəsəbəsi), üçüncüsü Binəqədi-Novxanı şosesində, sonuncusu isə Nobel prospektində istifadəyə veriləcək", - deyə şirkətdən bildirilib.

Yeni YDM-lərin digər bir özəlliyi isə onların tərkibində həm də Sıxılmış Qaz Stansiyalarının (CNG) olmasıdır. Yəni, bu YDM-lərdə nəqliyyat vasitələri ənənəvi yanacaq, həm də sıxılmış qaz doldura biləcək.

"SOCAR Petroleum CNG"dən "Report"a verilən məlumata görə isə ilin sonuna qədər ikinci ixtisaslaşmış CNG stansiyasının təhvil verilməsi planlaşdırılır: "Zabrat qəsəbəsi ərazisində ikinci stansiyada 1 kompressor olacaq və eyni anda 4 avtonəqliyyat vasitəsi qaz doldurmaq imkanı əldə edəcək. Qarşımıza məqsəd qoymuşuq ki, onu ilin sonun qədər təhvil verək".

Qeyd edək ki, Hövsan qəsəbəsində yerləşən "SOCAR Petroleum CNG"yə məxsus ilk CNG stansiyasında 4 kompressor var və eyni anda 15 avtomobil yanacaq doldura bilir.

Sizin Reklam Yeriniz