Dünya bazarında neft ucuzlaşmaqda davam edir
WTI markalı neftin qiyməti 44,7 dollar/barelindən aşağı düşüb
Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,49 dollar və ya 1,09% ucuzlaşaraq 44,66 dollar təşkil edib.
Movqe.az-ın məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də mənfi dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 0,14% yaxud 0,07 dollar geriləyərək 49,52 dollar/barel olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 50 dollar/barel olacağı gözlənilir.