Əlaqə Arxiv
news Image
2015.08.07
14:00
| A A A
LUKoyl: "Şahdəniz" dünyanın ən böyük qaz layihələrindən biridir

"Belə böyük sazişin imzalanması onu göstərir ki, banklar nəinki "LUKoyl" şirkətini, həmçinin "Şahdəniz" layihəsini dəstəkləyir".


Movqe.az-ın məlumatına əsasən, bu barədə Bakıda keçirilən "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsinin reallaşdırılması çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Asiya İnkişaf Bankı (AİB) tərəfindən "LUKoyl" şirkətinə ayrılan kredit sazişinin imzalanması mərasimindən sonra şirkətin Layihə və struktur maliyyələşmə departamentinin rəhbəri Oqtay Mövsümov deyib.


O bildirib ki, "Şahdəniz" layihəsi nəinki regionda, həmçinin bütün dünyada ən böyük qaz layihələrindən biridir: "Belə böyük kreditin ayrılması layihənin çoxları tərəfindən dəstəkləməsindən xəbər verir".


O.Mövsümov qeyd edib ki, kredit şirkətə 12 il müddətinə və kifayət qədər yaxşı şərtlər daxilində verilib.


Departament rəhbəri SOCAR-a (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) layihənin hazırlanmasında köməyə, həmçinin "Şahdəniz"in texniki operatoru BP şirkətinə maliyyələşmənin təşkil edilməsinə görə minnətdarlığını bildirib.


Onun sözlərinə görə, kreditin ayrılması dünya banklarının Azərbaycanda investisiya mühitini dəstəkləməsinin göstəricisidir.


Sizin Reklam Yeriniz