Əlaqə Arxiv
news Image
2015.08.07
17:20
| A A A
"Azəriqaz" iyulda 5 mindən çox yeni abonenti qeydiyyata alıb
Həmin dövrdə əhali sektoru üzrə 65,2 mln. kubmetr həcmində təbii qaz satılıb

Bu ilin iyul ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə 5 007 yeni abonent qeydiyyata alınıb ki, bunun da 1 307-si Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu, 3 700-ü isə regionların payına düşüb. Bu barədə Movqe.az-a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Həmin dövrdə əhali sektoru üzrə 65,183 mln. kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 132% vəsait toplanıb.

Qeyd edək ki, avqustun 1-nə olan məlumata görə, əhali sektoru üzrə 124 197 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub. Bundan əlavə, qeyri-əhali sektoru üzrə 326 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadə üçün limit ayrılıb.


Sizin Reklam Yeriniz