Əlaqə Arxiv
news Image
2015.08.07
17:40
| A A A
Azərbaycanda əhalinin manat depozitləri artmağa başlayıb
İlin əvvəlindən isə manat depozitlərinin həcmi 36% azalıb

Azərbaycanda əhalinin manatla saxladığı bank depozitlərinin ümumi həcmi cari ilin iyulun 1-nə 4 633,2 mln.manat təşkil edib. Bu, iyunun 1-nə olan analoji göstərici ilə müqayisədə 79 mln. manat və ya 1,7% çoxdur.

Bu barədə Movqe.az-a Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

Qeyd edək ki, bu, 2015-ci ilin əvvəlindən azalan manatla depozitləri üzrə bu il üçün ilk artımdır. İlin əvvəli ilə müqayisədə isə manat depozitləri 2 642,5 mln. manat və ya 36,3% azalıb.

Bununla yanaşı bildirilir ki, açıqlanan rəqəmlərə qeyri-rezidentlər və dövlət idarəetmə orqanlarının depozitləri daxil deyil.


Sizin Reklam Yeriniz