Əlaqə Arxiv
news Image
2015.08.07
22:00
| A A A
Girdiman çayı üzərində körpü tikiləcək
Bu, Hacıqabul-Kürdəmir avtomobil yolunun tikintisi çərçivəsində həyata keçirilir

Hacıqabul-Kürdəmir avtomobil yoluna iki zolaq əlavə edilməklə I texniki dərəcəli təkmilləşdirilmə layihəsi çərçivəsində son tamamlanma işləri həyata keçirilir. Bakı-Qazax-Gürcüstan sərhədi yolunun tərkib hissəsi olan layihə mövcud 120-ci km-dən başlayıb 200-cü km-də başa çatır.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, ümumi uzunluğu 80 km olan yeni yolda torpaq yatağının eni 27,5 metr, 2 zolaq əlavə edilməklə hərəkət zolağının sayı 4, hərəkət zolağının eni isə 3,75 metrdir. Yol örtüyü polimer asfalt-betondur. Yeni yolda asfalt-beton örtüyünün döşənməsi işləri də bitmək üzrədir.

Artıq layihə üzrə yeni yolda 160-a yaxın müxtəlif diametrli suötürücü borunun və 15 alt keçidin tikintisi işləri yekunlaşıb. Mövcud 2 hərəkət zolaqlı avtomobil yoluna paralel tikilən yeni 2 hərəkət zolaqlı yolda 5 ədəd yol qovşağı və Girdiman çayı üzərində körpünün də tikilməsi nəzərdə tutulub. Bu çərçivədə isə işlər davam etdirilir. Yol qovşaqlarında işlər bitib, hazırda yanaşma yollarında işlər yerinə yetirilir.

Artıq ümumilikdə işlərin icrası 89% təşkil edir.

Sizin Reklam Yeriniz