Əlaqə Arxiv
news Image
2015.08.08
15:00
| A A A
ABB-nin özəlləşdirilməsinə hazırlıq beş il vaxt apara bilər

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin özəlləşdirilməsinə hazırlıq beş il vaxt apara bilər. Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyi banka istinadən yazır.


Agentliyin saytında dərc edilən məlumata görə, bu, ortamüddətli perspektivdə dövlətin bankdakı payının (51,07 faiz) qorunacağı anlamına gəlir: "Özəlləşdirilmə baş tutsa belə, ABB ölkədə ən iri bank kimi sistem formalaşdıran qismində qalacaq və dövlətin iştirakı ilə şirkətlərlə fəaliyyətini qoruyacaq".


Bankdan "Fitch Ratings"ə bildiriblər ki, söhbət 2015-ci ilin sonunda problemli aktivlərin əhəmiyyətli hissəsinin alınmasından gedir.


"Fitch Ratings"in analitiklərinin fikrincə, ABB-nin problemli aktivlərinin həcmi əhəmiyyətli dərəcədədir.

Sizin Reklam Yeriniz