Əlaqə Arxiv
news Image
2015.08.10
12:12
| A A A
Azərbaycandakı kredit təşkilatları kreditləşməni azaldır

Mart ayından başlayan proses zamanı kreditləşmə artıq 2% azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatları tərəfindən iqtisadiyyata məcmu kredit qoyuluşları 2015-ci il iyulun 1-nə 20 288,5 mln. manat təşkil edib. Bu, iyunun 1-nə olan analoji göstəricidən 179,6 mln. manat və ya 0,9% azdır.

Azərbaycan Mərkəzi Bankından Movqe.az-a bildirilib ki, iqtisadiyyata kredit qoyuluşlarında azalma mart ayından etibarən davam edir. Mart ayının 1-nə olan maksimal göstərici ilə müqayisədə iyulun 1-nə iqtisadiyyata kredit qoyuluşları 408,7 mln. manat və ya 2% azalıb.


Sizin Reklam Yeriniz